Rusiya vətəndaşlığından imtina edən Puqaçova ailəsi ilə Riqada Fotolar

02.09.2025

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Rusiyanı üç il əvvəl tərk edən Xalq artisti Alla Puqaçovanın uzun aradan sonra görüntüləri yayılıb.

Axşam.az xəbər verir ki, müğənninin həyat yoldaşı şoumen Maksim Qalkin Latviyadan paylaşım edib.

Fotolarda cütlüyün əkizləri Liza və Harri də yer alıb. Qalkin hazırda paytaxt Riqada olduqlarını bildirib.

Xatırladaq ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Alla Puqaçova əri Maksim Qalkin (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) və uşaqları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə köçüb. Hazırda ailə İsrail pasportlarına və Kipr vətəndaşlığına malik olmaqla dünyanı aktiv şəkildə gəzir. 

Bir müddət əvvəl Puqaçovanın Rusiya vətəndaşlığından imtina etdiyi iddia olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью