Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Qara dənizin neytral sularında qarğıdalı daşıyan Türkiyəyə məxsus mülki gəmiyə iki Rusiya dronu ilə dəhşətli zərbə endirilib”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
“Gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub. Təəssüf ki, məlumdur ki, gəminin kapitanı həlak olub. Başsağlığı verirəm. Daha bir nəfərin taleyi müəyyənləşdirilir. Ekipajın 11 üzvünü xilas etmək mümkün olub, onlardan biri yaralanıb”, - o bildirib.