“Rusiya vurmasa, biz də vurmayacağıq” Zelenski enerji atəşkəsi və sülh barədə danışdı

30.01.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna gərginliyi azaltmaq üçün addımlar atmağa və enerji atəşkəsinə riayət etməyə hazırdır.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

"Hər halda, biz müharibəyə son qoymaq istəyirik və gərginliyi azaltmaq üçün addımlar atmağa hazırıq. Rusiya bizə zərbə endirməsə, biz cavab tədbirləri görməyəcəyik. Vəssalam və biz bu prinsipi əvvəllər müzakirə etmişik. Bu, bir imkandır, razılaşma deyil", - deyə dövlət başçısı əlavə edib.

O, həmçinin hələlik rəsmi atəşkəs razılaşmasının olmadığını da vurğulayıb.

Zelenski onu da qeyd edib ki, Ukrayna ona təhlükəsizlik zəmanətlərinin yalnız Rusiya ilə sülh müqaviləsi imzalandıqdan sonra verilməsi formulu ilə razı deyil: "Təhlükəsizlik zəmanətləri müharibənin sona çatması ilə bağlı son qərardan əvvəl imzalanmalıdır. Belə çətin müharibədən sonra insanların inamı azdır. Onlar nəyəsə güvənməlidirlər. Bu halda, insanın ən çox güvənə biləcəyi şey təhlükəsizlik zəmanətləridir".

Rusiya ilə sülh müqaviləsinin bağlanmasına münasibət bildirən dövlət başçısı tərəflərin güzəştə getməli olduğunu qeyd edib: “Güzəşt təkcə Ukraynanın deyil, hər iki tərəfin etməli olduğu bir şeydir. Baxmayaraq ki, zərərçəkənlə təcavüzkar arasında kompromis axtarmaq tam ədalətli deyil".

O əlavə edib ki, tərəflər hələ ərazilər, xüsusən də Donetsk bölgəsi ilə bağlı konsensusa gələ bilməyiblər. Zelenski deyib ki, Zaporojye Atom Elektrik Stansiyası məsələsi də ərazi məsələləri siyahısına daxildir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью