GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Belqorod vilayətinin Qrayvoron şəhərində xəstəxana Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) ilə vurulub.
Globalinfo.az xəbər verir ki, bu barədədə vilayətin qubernatoru Vyaçeslav Qladkovun verdiyi məlumatda qeyd olunub.
O bildirib ki, hücum nəticəsində xəstəxananın sürücüsü həlak olub. Onun sözlərinə görə, kişi hücum zamanı avtomobilin içində olub və ərazini tərk etmək üzrə imiş.
Qladkov qeyd edib ki, həkimlərin səylərinə baxmayaraq, yaralının aldığı xəsarətlər həyatı ilə uzlaşmayıb. Qubernator mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
O, həmçinin daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Novaya Tavoljanka kəndində bir mülki şəxsin də həyatını itirdiyini açıqlamışdı.
Tahir Turan
Globalinfo.az