Rusiya WhatsApp ı cərimələdi

27.02.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Rusiyada “WhatsApp” ölkədə istifadəçilərin məlumatlarını lokallaşdırmadığı üçün 17 milyon rubl (təxminən 195 min dollar) cərimələnib.

"Cebheinfo.az" xəbər verir ki, “WhatsApp”-a qarşı açılan işə paytaxt Moskvada baxılıb.

"WhatsApp"-ın Rusiyadakı tətbiqdə istifadəçilərin məlumatlarını lokallaşdırmaması səbəbi ilə qanuna tabe olmadığı qənaətinə gələn məhkəmə şirkətə 17 milyon rubl cərimə kəsib.

“WhatsApp”-dan əlavə ölkədə “Spotify” və “LinkedIn” kimi müxtəlif xarici platformalar da istifadəçi məlumatlarını lokallaşdırmadıqları üçün cərimələnib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью