Icma.az bildirir, Yeniavaz portalına istinadən. Oktyabrın 20 və 21-də Rusiyada populyar mesajlaşma tətbiqləri – “Telegram” və “WhatsApp”a gi
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, istifadəçilər əsasən Krasnodar diyarı və Rostov vilayətindən problemlərlə bağlı şikayətlər
Birinci kəsinti 20 oktyabrda saat 20:00–21:30, ikincisi isə 21 oktyabrda saat 12:30–16:00 aralığında baş verib.
Qısa müddətli nasazlıq “Viber” istifadəçilərinə də təsir edib.
Ekspertlərin fikrincə, fasilələr “Roskomnadzorun” “Telegram” və “WhatsApp”da zəngləri bloklamaq üçün yeni texniki metodları sınaqdan keçirməsi ilə bağlı ola bilər.
Qurum hadisə barədə rəsmi açıqlama verməsə də, zəng məhdudiyyətlərinin qüvvədə qaldığını bildirib.
Maraqlıdır ki, bu hadisələrdən bir gün əvvəl “Amazon Web Services” (AWS) platformasında qlobal texniki nasazlıq baş verib, lakin ekspertlər bu iki proses arasında bağlantı olmadığını vurğulayıb.
Rusiyada “WhatsApp”ın 96,5 milyon, “Telegram”ın isə təxminən 90 milyon aktiv istifadəçisi var.