Rusiya xanım politoloqu terrorçu elan edib

13.11.2025

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Yekaterina Şulman
Rusiyada politoloq Yekaterina Şulmanın (Rusiyada xarici agent elan edilib) adı Rosfinmonitorinq Xidmətinin ekstremistlər və terrorçular siyahısına əlavə edilib. Reyestrə “Vimpelcoma” şirkətinin təsisçisi Boris Ziminin oğlu, sahibkar, xarici agent elan edilmiş Boris Ziminin adı salınıb.
Reyting.az
xəbər verir ki, İnsan Hüquqları üzrə Prezident Şurasının keçmiş üzvü 2022-ci ilin yazında Ədliyyə Nazirliyinin xarici agentlər siyahısına əlavə edilib. 2025-ci ilin mart ayında onun adı Daxili İşlər Nazirliyinin axtarış siyahısında yer alıb, lakin müvafiq sənəd tezliklə agentliyin veb saytından yoxa çıxıb.
Oktyabr ayında FSB xanım Şulmanı və xarici agent siyahısındakı bir neçə şəxsi terror təşkilatı yaratmaqda və hakimiyyəti zorla ələ keçirməkdə ittiham edərək cinayət işi açıb.
Qeyd edək ki, Şulman 2022-ci ildən Almaniyada yaşayır.
V. QULİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью