Rusiya xaricdən avtomobil gətirənlər üçün qaydaları sərtləşdirdi

15.11.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyada xaricdən avtomobil gətirən şəxslər üçün ciddi maliyyə çətinlikləri yarada biləcək yeni qaydalar hazırlanıb. Belə ki, Rusiyanın Sənaye və Ticarət Nazirliyi utilizasiya rüsumunun hesablanması və ödənilməsi qaydalarını sərtləşdirən layihə hazırlayıb. Bu barədə “İzvestiya” və “Gazeta.ru” nəşrləri məlumat yayıb.

2027-ci ildən qüvvəyə minməsi planlaşdırılan dəyişikliklər avtomobillərin idxal xərclərini artıracaq, güzəştlərdən istifadə imkanlarını isə məhdudlaşdıracaq. Bəs yeni qaydalar nə deyir?

Yeni qaydalara əsasən, xaricdən gətirilən avtomobillər gömrük rəsmiləşdirilməsindən sonra bir ay ərzində Rusiya Daxili İşlər Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmalıdır. Bu müddətə əməl edilmədikdə avtomobil sahibi güzəştli utilizasiya rüsumundan məhrum ola və tam kommersiya tarifini ödəməli ola bilər.

Mətləb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью