Rusiya Xarkova kütləvi dron hücumu həyata keçirib

30.05.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukraynanın Xarkov şəhəri gecə saatlarında Rusiya tərəfindən həyata keçirilən kütləvi dron hücumuna məruz qalıb.
APA "Umiam"a istinadən xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat yayıb.
Hadisə nəticəsində 9 nəfərin yaralandığı bildirilib, onlardan ikisi uşaqdır.

Dron zərbələri şəhərin Slobodskoe rayonunda yerləşən kommunal müəssisələrdən birinin ərazisinə endirilib.
Müəssisənin əməkdaşı olan bir qadın xəsarət alıb. Zərbənin endirildiyi ərazidə yanğın baş verib, dağıntılarla bağlı məlumatlar dəqiqləşdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью