Rusiya Xarkovda NATO zabitlərinin olduğu binanı vurdu

06.02.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Rusiya ordusu Ukrayna Milli Qvardiyasının Xarkovdakı akademiyasına zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Ukraynadakı separatçılarının rəhbəri Sergey Lebedev “RİA Novosti”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, binaya endirilən zərbələr nəticəsində ölənlər arasında Ukrayna Daxili İşlər Nazirliyinin “Lyut” batalyonunun bir neçə polkovniki, eləcə də NATO ölkələrindən olan nümayəndələr var.

“Yaralılardan bəziləri xüsusi nəzarət altındadır. Onların yanına yerli həkimlər buraxılmır”, - Lebedev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью