Rusiya Xarkovda qaz istehsalı obyektlərinə zərbələr endirir

06.07.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya qüvvələrinin Xarkov vilayətində yerləşən qaz hasilatı obyektlərinə hücumları davam edir.

Turkustan.az xəbər verir ki, bu barədə “Naftoqaz Qrupu”nun Telegram kanalında açıqlama yayılıb.

Şirkətin bildirdiyinə görə, gecə saatlarında paytaxta edilən birgə hücumdan sonra səhərdən etibarən Xarkov vilayətindəki qaz hasilatı müəssisələri kütləvi hücumlara məruz qalıb.

Hücum nəticəsində obyektlərdən birində yanğın baş verib, bir əməkdaş isə xəsarət alıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

“Naftoqaz”ın məlumatına əsasən, qısa fasilədən sonra hücumlar yenidən başlayıb. Hazırda müəssisənin əməkdaşları sığınacaqlardadır. Hava həyəcanı başa çatdıqdan sonra dəymiş ziyanın qiymətləndirilməsi aparılacaq.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью