Bizimyol saytına istinadən Icma.az xəbər verir. Ukrayna Prezidenti Vladimir Zelenski, 22 oktyabrda səhər saatlarında Rusiyanın pilotsuz uçuş
Həmin hücum, gecə vaxtı həyata keçirilən genişmiqyaslı dron hücumlarından sonra baş verib.
Bizimyol.info xəbər verir ki, Zelenskinin sözlərinə görə, hücum nəticəsində bir nəfər həyatını itirib, daha yeddi nəfər yaralanıb.
Hücum zamanı binada olan bütün uşaqlar sığınacağa təxliyə olunub. “Ölmüş şəxsin ailəsinə başsağlığı verirəm.
Uşaqlar təxliyə edilib, onlar təhlükəsiz yerdədir. İlkin məlumata görə, çoxlarının kəskin stress reaksiyası var”, – deyə Zelenski bildirib.
Prezident, uşaq bağçasına edilən hücumu heç bir şəkildə əsaslandırılmayacağını vurğulayıb.
“Bu, Rusiyanın kim ki, sülh yolu ilə həll tapmaq istəyənlərin üzünə tüpürməsidir, Putinin bütün qanunları tapdalaması, heçə saymasıdır.
Banditləri və terrorçuları yalnız güclə dayandırmaq olar”, – deyə o əlavə edib.