Rusiya Xarkovu işğal edə bilər

30.05.2025

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Rusiya -Ukrayna arasında gözlənilən danışıqların ikinci raundunun başlanması fonunda Rusiya Ukraynada yeni cəbhə açıb. Xüsusilə Xarkov və Sumı vilayətinə intensiv yay hücumlarını genişləndirib. Bu hücumlarda məqsəd danışıqlarda üstünlük əldə etmək və Qərbi fakt qarşısında qoymaqdır. D. Tramp Rusiya prezidenti haqqında sərt ifadələr işlətməsi sanksiyalarla hədələməsina baxmayaraq Rusiyanın müəyyən şərtləri ilə razılaşdığının mesajı verilir. Məhz Rusiyada hücumları intensivləşdirərək, ABŞ Ukraynaya təzyiq etməyini planlaşdırır. İstanbulda danışıqlar baş tutarsa, yenidən nəticəsiz olacaq. Çünki, Rusiya cəbhədə üstünlük əldə edərək, danışaqlar masasında güzəştsiz mövqe ortaya qoyacaq.
D. Tramp Ukraynanı Rusiya ilə anlaşma əldə etmək üçün təzyiqlər etməsi istisna deyil. Danışıqların ikinci raundu baş tutarsa, nəticəsiz olacaq. ABŞ indiki siyasətini davam etdirməklə Rusiyaya təzyiq etməyəcək. Rusiya hücumları intensivləşdirərək Xarkovu işğal edə bilər. ABŞ prezidenti D. Tramp Rusiyaya konfontrasiyaya getmək istəmir. V. Putin bundan istifadə edərək, Ukraynada işğalı genişləndirir.
Məhəmməd Əsədullazadə, politoloq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью