Rusiya Xarkovu raketlə vurdu: Ölənlər var VİDEO

18.08.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya qoşunlarının Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə raket zərbəsi endirməsi nəticəsində 10 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqram kanalında məlumat verib.
Məlumata görə, zərbə nəticəsində 10 fərdi ev, kafe, poçt şöbəsi, mağaza və ən azı 7 avtomobil zədələnib.
Zərbənin nəticələri barədə məlumat dəqiqləşdirilir.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью