Rusiya Xarkovu vurdu 17 ölü

18.08.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Ukraynanın Xarkov vilayətinin Peçeniqi bölgəsinə raket zərbəsi endirib.

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayəti dövlət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb. 

İlkin məlumata görə, hücum nəticəsində 17 nəfər həlak olub. Xəsarət alan daha 8 nəfərə tibbi yardım göstərilib.

Bundan başqa, hücum nəticəsində 10 fərdi yaşayış evi, kafe, poçt şöbəsi, mağaza və azı 7 avtomobil zədələnib. Hazırda hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью