Rusiya Xarkovu vurdu

05.10.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Xarkovda Rusiya ordusunun aviazərbələri nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat verib.

O bildirib ki, bu gün Rusiya ordusu Xarkovun Sloboda rayonuna aviazərbələr endirib. Zərbələr nəticəsində anbar sahələrində yanğın baş verib, bir neçə yaşayış binasına ziyan dəyib.

Terexovun sözlərinə görə, binalardan birinin dağıntıları altında insanların qala biləcəyi ehtimal olunur.

Hazırda ərazidə xilasetmə və axtarış işləri aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью