Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynanın Xarkov vilayətinə hücumda 6 nəfər ölüb, ölənlər arasında uşaqlar da var.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya dronu Xarkov vilayətində kafenin yaxınlığındakı parkda insanlara zərbə endirib. Nəticədə 6 nəfər həlak olub, onların arasında iki qız uşağı da var.
Ölənlərdən biri uşaq arabasında olan bir yaşlı körpədir. Körpənin anası isə xəstəxanada vəfat edib. Hücum nəticəsində daha 14 nəfər yaralanıb. Yaralılar arasında 6 uşaq da var.
Zelenski hadisəni qəddarlıq nümunəsi adlandıraraq tərəfdaşlarını Ukraynaya hərbi dəstəyi, xüsusilə hava hücumundan müdafiə sistemlərinin tədarükünü davam etdirməyə çağırıb.
O, qətllər davam etdiyi müddətdə Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının əleyhinə olduğunu bildirib, ABŞ və Avropanı müharibənin dayandırılması üçün səyləri gücləndirməyə çağırıb.
“Ukrayna sülh istəyir. Bütün bu müddət ərzində qətllərin davam etdirilməsində israr edən Rusiyadır”, – deyə Zelenski vurğulayıb.
Bizim.Media