Rusiya Xarkovu vurdu: Bina dağıldı, yaralılar var Video

12.10.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə “Şahid” tipli pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Axar.az xəbər verir ki, bunu Xarkov meri İqor Terexov deyib.

“PUA-nın çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində binanın bir bloku 7-ci mərtəbədən 9-cu mərtəbəyə qədər tamamilə dağılıb. Hadisə yerində yanğın baş verib. İlkin məlumata görə, 5 nəfər xəsarət alıb. Ərazidə axtarış-xilasetmə işləri davam edir”, - Terexov bildirib.

Qeyd edək ki, Rusiya bu gecə Xarkovda marketə də zərbə endirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью