Rusiya Xersona dronla zərbə endirdi: Ölənlər var FOTO

19.08.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Rusiya Xersonun (Ukrayna) Korabelnı rayonunda mikroavtobusa dronla zərbə endirib, nəticədə dörd nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqram kanalında məlumat verib.
"Bu zərbə nəticəsində dörd nəfər həlak olub, hazırda onların şəxsiyyəti müəyyənləşdirilir. Daha dörd qadın yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər zərərçəkənləri müayinə edir və lazımi yardımı göstərirlər", – məlumatda bildirilir.


Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью