Rusiya XİN: ABŞ İranla danışıqlarını alqışlayırıq

09.04.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Moskva İranın nüvə probleminin diplomatik yolla həlli lehinə siqnallara diqqət yetirir.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, bu vəziyyətdə güc tətbiqi qəbuledilməzdir:

“Son günlər diplomatik nizamlanmaya doğru irəliləyiş perspektivləri ilə bağlı eşidilən siqnallar, fikrimizcə, diqqətə layiqdir”.

Diplomatın vurğuladığı kimi, İrana dair gərginliyin azalmasına gətirib çıxara biləcək istənilən təmaslar alqışlana bilər və alqışlanmalıdır:

"Bir daha təkrar edirəm ki, İranın rəqiblərinin öz məqsədlərinə çatmaq üçün hərbi gücdən istifadə etməsi qeyri-qanuni və qəbuledilməzdir".

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью