Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqı (Aİ) rəhbərliyi müəyyən mərhələdə istənilən namizəd ölkədən Brüsselin xarici siyasi xətti ilə tam həmrəylik tələb etməyə başlayır.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru Vladislav Maslennikov TASS-a müsahibəsində Ermənistanın Avropaya inteqrasiya planlarını şərh edərkən bildirib.
V. Maslennikov vurğulayıb ki, hazırda bu xətt açıq şəkildə anti-Rusiya xarakteri daşıyır:
"Ümid edirəm ki, İrəvanda Brüsselin bütün tələblərini yerinə yetirməyin belə Aİ-yə üzvlüyə zəmanət vermədiyini dərk edirlər".
O, buna misal olaraq Qərbi Balkan ölkələrini göstərib:
"Albaniya, Şimali Makedoniya, Monteneqro və Serbiya sərt və xalq arasında populyar olmayan tələbləri yerinə yetirmələrinə baxmayaraq, hələ də inteqrasiya hədəflərinə yaxınlaşmayıblar".
Rusiya rəsmisi həmçinin vurğulayıb ki, Aİ-yə üzv olmaq iqtisadi rifahın təminatı deyil. O, buna sübut kimi 20 ildir ittifaqda olan Baltikyanı ölkələrin iqtisadi və demoqrafik göstəricilərini göstərib.