Rusiya XİN Aİ nin Ermənistandakı missiyasına dair: Niyə qərarlar rəsmi Bakıdan gizlin veri…
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"2025-ci ilin əvvəlində məlum oldu ki, Avropa İttifaqı Ermənistan və Azərbaycan sərhədində müşahidə missiyasının müddətini iki il müddətinə uzatmaq qərarına gəlib".
Oxu.Az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Baku TV Ru-ya bu məsələ ilə bağlı ətraflı şərh verib və bu missiyanın əsl mahiyyətini və məqsədlərini açıqlayıb.
Zaxarovanın sözlərinə görə, Aİ-nin Ermənistan ərazisində bu qismən hərbi mövcudluğunun qarşıdurma xarakteri daşıdığı göz qabağındadır.
O vurğulayıb ki, bu missiyanın anti-Rusiya, anti-Azərbaycan və anti-İran məqsədləri şübhə doğurmur və buna NATO ölkələri də qoşulur.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan edib ki, Aİ missiyası kollektiv Qərbin regionda mövcudluğunun möhkəmləndirilməsi üçün geosiyasi layihədir və onun əsas məqsədi vəziyyətin sabitliyinin pozulması və bundan Cənubi Qafqaz ölkələrinə qarşı istifadə edilməsidir.
Mahiyyət etibarilə, bu, regionu geosiyasi rəqabət meydanına çevirir.
Bundan əlavə, Azərbaycan tərəfinin dəfələrlə bəyan etdiyi kimi, Aİ missiyası "casus missiyası həyata keçirir".
Tam oxu
Xəbəri oxu