Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib:
"İran ətrafında yeni eskalasiya riskinin davam etməsi nəzərə alınmaqla, Rusiya vətəndaşlarına tövsiyələrimiz dəyişməz olaraq qalır. Vəziyyət həll olunana qədər müvəqqəti olaraq həmin ölkəyə səyahət etməkdən çəkinməyi tövsiyə edirik", - deyə o bildirib.
Zaxarova əlavə edib ki, İranda olan Rusiya vətəndaşlarından sayıqlıq göstərmələri və izdihamdan, ictimai tədbirlərdən, hərbi obyektlərdən uzaq olmaları xahiş edilir: "Rusiya tərəfi vəziyyətin inkişafını yaxından izləyir və İrandakıları da eyni şeyi etməyə çağırır".