Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qərb ölkələri “Cənubi Qafqaz Dəmir Yolu”nun (CQDY) konsessiyası məsələsində Ermənistan rəhbərliyini şantaj edir”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən TASS-a bildirilib.
“Əvvəllər konsessiyanın hər hansı başqa tərəfə verilməsi məsələsi gündəmə gətirilmədiyinə görə, böyük ehtimalla Ermənistan rəhbərliyinə şantaj edilir. Nəqliyyat sahəsində Rusiya amilinin aradan qaldırılmasını tələb edir, əvəzində isə milyonlarla dollarlıq investisiyalar və iqtisadi məqsədəuyğunluğu demək olar, görünməyən layihələrə qoşulma vəd edirlər. Bu, Qərb paytaxtlarının Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa yönəlmiş oyunlarının ruhuna tam uyğundur”, - XİN bildirib.
Nazirlik əlavə edib ki, bu məsələnin dostluq şəraitində həlli ilk növbədə danışıqlar masası arxasında işgüzar müzakirəni nəzərdə tutur:
“Ümumiyyətlə, tərəfdaşlar ictimai bəyanatlarla çıxış etməzdən əvvəl adətən danışıqlar masası arxasına əyləşir və mövcud problemləri, narahatlıqları işgüzar şəkildə müzakirə edirlər. Xüsusilə də İrəvanda bildirildiyi kimi, məsələni dostluq şəraitində həll etmək istəyi varsa”.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan Rusiya ilə Ermənistan dəmir yolunun konsessiyası məsələsini ilk dəfə Azərbaycan və Türkiyə ilə sərhəddəki dəmir yolu hissələrinin bərpası kontekstində gündəmə gətirib. May ayında seçki kampaniyası zamanı o, hökumətin bu hissələri öz vəsaiti hesabına yenidən quracağını açıqlamışdı. Daha sonra Paşinyan Rusiyaya Ermənistan dəmir yolunun idarəetmə modelinə yenidən baxmağı təklif edib və konsessiyanın Qazaxıstan, BƏƏ və ya Qətər kimi dost ölkəyə satılmasının mümkünlüyünü bildirib.
Avqustun 24-də isə o, Ermənistanın Rusiyanın maraqlarını öz maraqlarından üstün tutmayacağını, dəmir yolunun Ermənistanın mülkiyyəti olduğunu və istədiyi kimi idarə edəcəyini bəyan edib. Ermənistan lideri həmçinin məsələ dostluq şəraitində həll olunmayacağı halda İrəvanın beynəlxalq məhkəməyə üz tutacağını açıqlayıb.