Rusiya XİN: Ermənistanla razılaşmalara sadiqik

29.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.

Rusiya Ermənistanla razılaşmaların bütün spektrinə sadiqdir və hərbi-siyasi sahədə öz öhdəliklərindən imtina etmir.

Bakupost.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya-Ermənistan ictimai forumunda bildirib.

“Moskva həm ikitərəfli səviyyədə, həm də Avrasiya məkanında birlik çərçivəsində bütün razılaşmalara sadiq olub və sadiq qalır. Biz müttəfiqlərimiz qarşısında, o cümlədən hərbi-siyasi sahədə öhdəliklərimizdən imtina etmirik”, - Qaluzin vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью