Rusiya XİN: İŞİD Suriyada yenidən baş qaldıra bilər

11.12.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İŞİD-in Suriyada yenidən baş qaldırması ilə bağlı real təhlükə mövcuddur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Bu, narahatedici məqamdır. Mən istəməzdim ki, ölkə qeyri-sabitlik mənbəyinə, terror təhdidləri mənbəyinə çevrilsin. Heyət Təhrir əş-Şamın, eləcə də digərlərinin beynəlxalq səviyyədə tanınan və ya ayrı-ayrı ölkələr tərəfindən tanınan statusu, əlbəttə ki, hamıya məlum mövzudur. Görünür, bu, bu və ya digər şəkildə həll edilməli olacaq”, - Ryabkov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью