Rusiya XİN müavini: Qərb Ermənistanı özünün geosiyasi oyunlarına cəlb edərsə...

22.04.2025

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanunu ikinci və yekun oxunuşda qəbul etdikdən sonra Rusiya rəsmiləri açıqlamalar verib. 

Adalet.az xəbər verir ki,  Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun TASS-a verdiyi  açıqlama erməniləri  narahat edib: Diplomat bildirib ki, Moskva rəsmi İrəvanın Avropa İttifaqına can atmasından narahatdır və  Qərb onu özünün geosiyasi oyunlarına cəlb etsə, Ermənistan Avrasiya İqtisadi İttifaqının verdiyi üstünlükləri itirmək təhlükəsi ilə üzləşəcək:”Ermənistanın Avropa İttifaqına yönəlməsi ona görə narahatlıq doğurur ki, bu addım adıçəkilən ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə ziddiyyət təşkil edir.

Biz Ermənistandakı çoxsaylı həmkarlarımızla söhbətlərimizdə də bu məqamı onların diqqətinə çatdırırıq. Məlumdur ki, Ermənistan bu quruma üzv olduğu üçün dinamik şəkildə inkişaf edir, bütün sahələrdə iqtisadi inkişaf qeydə alınır. Qərb Ermənistanı özünün geosiyasi oyunlarına cəlb edib, Rusiyadan və digər müttəfiqlərindən qoparmağa çalışsa, onlar məhz bu böyük sərvətdən məhrum ola bilər”.

 Qeyd edək ki, Qruşko Aİ-də Ermənistanın NATO-ya üzv olmasının zəruriliyi ilə bağlı bəyanatları “böyük fantaziyalar” adlandırmışdı.

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью