Rusiya XİN nazirinin müavini Azərbaycan səfiri ilə görüşdü

16.09.2026

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 16-da Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüb.

Görüşdə ikitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə olunub.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar zamanı əsas diqqət 2026-cı il iyulun 17-də Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşündə əldə olunmuş razılaşmaların icrasına yönəldilib.

Bu çərçivədə tamformatlı mədəni dialoqun bərpası və humanitar problemlərin həlli ilə bağlı məsələlər nəzərdən keçirilib.

Tərəflər qarşıdakı təmasların qrafikini də dəqiqləşdiriblər.

Rusiya XİN-in məlumatına görə, görüş konstruktiv atmosferdə keçib.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью