Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Elçin Xalidbəyli: Rusiya problemin mahiyyətini həll etməkdənsə, siyasi manipulyasiyalara üstünlük verirBeynəlxalq münasibətlər sistemində etimad və şəffaflıq dövlətlərarası dialoqun əsasını təşkil edir.
Xüsusilə də insan həyatı və mülki təhlükəsizliklə bağlı məsələlərdə bu prinsiplərə riayət olunması zəruridir.
Təəssüf ki, bəzi hallarda böyük dövlətlərin məsuliyyətdən yayınmaq və həqiqəti gizlətmək üçün müxtəlif manipulyasiya üsullarına əl atdıqları müşahidə olunur.
2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən və "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin vurulması ilə nəticələnən faciə də bu cür hallardan biridir.
Rusiya Xarici İşlər Nazirliyi bu hadisə ilə bağlı 1.003 milyard rubl məbləğində sığorta vəsaitinin ayrıldığını, o cümlədən xəsarət alan və həlak olanların ailələrinə 358.4 milyon rubl ödəniş edildiyini iddia etsə də, bu məlumatlar ciddi şübhə doğurur.
Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Rusiyanın bu ödənişlərlə bağlı açıqlamasını təkzib edib.
Bu isə rəsmi Moskvanın məsələni həll etməkdənsə, daha çox informasiya manipulyasiyasına üstünlük verdiyini göstərir.Sherg.az-a açıqlama verən Elçin Xalidbəyli Rusiyanın verdiyi bəyanatların hər zaman manipulyasiya xarakteri daşıdığını bildirib:"Sərnişin təyyarəsi vurulduğu zaman da Rusiya həqiqətləri gizlətmək cəhdi ilə bunu bir daha nümayiş etdirdi.