Rusiya XİN sabah Ər Riyadda ABŞ nümayəndə heyəti ilə görüşəcək

17.02.2025

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın xarici işlər naziri Lavrov və Putinin xarici siyasət müşaviri Uşakov sabah Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə görüşəcək.

Manset.az-ın əldə etdiyi məlumata görə, ABŞ rəsmiləri ilə Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə Ukraynada problemin həlli üçün mümkün danışıqlara hazırlıq prosesi də müzakirə olunacaq.

Kremldən verilən açıqlamaya görə, Səudiyyə Ərəbistanında keçiriləcək görüşün məqsədi Rusiya-Amerika əlaqələrini bərpa etməkdir .

Səudiyyə Ərəbistanında ABŞ rəsmiləri ilə görüşdə Ukraynada problemin həlli üçün mümkün danışıqlara hazırlıq prosesi də müzakirə olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью