Rusiya XİN Suriya ilə münasibətləri qiymətləndirib

17.12.2024

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyi Moskva ilə Dəməşq arasında onilliklər boyu davam edən əlaqələrin bundan sonra da konstruktiv şəkildə inkişaf edəcəyinə ümid etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilir.

Departament qeyd edib ki, Suriyanın gələcəyini bu ölkənin vətəndaşları müəyyən etməlidir:

“Biz əminik ki, ölkələrimizin xalqları arasında əvvəlki onilliklər ərzində formalaşmış dostluq və qarşılıqlı hörmət münasibətləri bundan sonra da konstruktiv şəkildə inkişaf edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью