Rusiya XİN: Ukraynaya altı min hərbçinin cəsədi təhvil veriləcək

04.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Rusiyanın, İstanbuldakı razılaşmalara uyğun olaraq, altı min Ukrayna hərbçisinin cəsədini təhvil verməsi prosesi yaxın vaxtlarda başlayacaq".

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

M.Zaxarova bildirib ki, Rusiya İstanbulda Ukrayna nümayəndə heyəti ilə danışıqlardan sonra əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsinə məsuliyyətlə yanaşmaq niyyətindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью