Rusiya XİN Yermakın istefasını şərh etdi

28.11.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna lideri Vladimir Zelenski sadəlövhcəsinə inanır ki, tərəfdaşlarını təhvil verməklə öz gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün vaxt qazana bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə nümayəndəsi Rodion Miroşnik Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın istefasını şərh edərkən bildirib.

"Zelenski hələ də sadəlövhcəsinə inanır ki, adamlarını təhvil verməklə aradan çıxa və ya heç olmasa öz gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün vaxt qazana bilər", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Ofisinin rəhbəri Andrey Yermakın istefa verdiyini elan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью