Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Avropa İttifaqı Ermənistandan Rusiya biznesinin iştirakını azaltmağı tələb edir"
Avropa İttifaqı Ermənistandan strateji sektorlarda Rusiya bizneslərinin iştirakını azaltmağı, Rusiya ilə humanitar əlaqələri kəsməyi və daxili rəqibləri yatırmağı tələb edir. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətindən (XKX) bildirilib.
XKX-dən qeyd edilib ki, ki, Brüsselin İrəvanın Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə Ermənistanda dərin iqtisadi böhranın qaçılmaz olduğunu qəbul etdiyi barədə məlumat alır. Bir çox Avropa ölkəsi artıq Aİ rəhbərliyinə öz istehsalçılarının hesabına bazarlarını Ermənistandan gələn mallara açmağa hazır olmadıqlarını bildirib.
"Eyni zamanda, Brüssel bürokratları İrəvanı qeyd-şərtsiz dəstəkləməyə inandırmağa davam edəcəklər. Aİ konkret yardımın göstərilməsindəki gecikməni Aİ-yə üzvlüyün tamamilə İrəvandan və onun Avropaya inteqrasiya yolundakı "nailiyyətlərindən" asılı olacağı ilə izah etmək niyyətindədir”, - qeyd edilib.
Bəyanatda deyilir: "Xüsusilə, Paşinyan hökumətinə artıq strateji sektorlarda Rusiya biznesinin iştirakını azaltmaq, Rusiya ilə humanitar əlaqələri kəsmək və daxili rəqibləri yatırmaq üçün təzyiq göstərilir".
XKX-nin məlumatına görə, bu siyasət Ermənistan vətəndaşları üçün viza liberallaşdırılması perspektivlərini manipulyasiya etməklə və Ermənistanı "gözəl uzaq gələcəkdə dünyanın çiçəklənən qovşağına" çevirmək vədi verməklə təşviq etmək məqsədi daşıyır.