Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Ukraynanın Xmelnik Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti üçün kritik əhəmiyyət daşıyan yarımstansiyaya üç pilotsuz uçuş aparatı (PUA) göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal məlumat verib.
O, G7 ölkələrinin və Avropa İttifaqının səfirləri ilə görüşündə Rusiyanın bu cür addımlarının bütün Avropanın nüvə təhlükəsizliyinə təhdid yaratdığını vurğulayıb.
Hadisə ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) məlumat verilib.
Bizim.Media