Rusiya yanacağını bazarda başqa adla satırlar: KİM?

02.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiyadan neft məhsullarının idxalına qoyulan qadağaya baxmayaraq, Rusiya dizel yanacağı Avropa bazarlarında bəzən fərqli markalar altında peyda olur. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Vesti” xəbər xidmətinə verdiyi şərhdə bildirib.

"Avropa Rusiya nefti və neft məhsullarının alışını qadağan edib, lakin görürük ki, Rusiya dizeli bəzən Avropada fərqli markalar altında peyda olur", - Novak deyib.

Aİ-nin dizel yanacağı, benzin və kerosin də daxil olmaqla, Rusiya neft məhsullarının idxalına qoyduğu embarqo 2023-cü ilin fevral ayında qüvvəyə minib. Aİ Rusiya enerji məhsullarının idxalını tamamilə dayandırmaq niyyətindədir.

Üçüncü ölkələr vasitəsilə təkrar ixrac mümkün təchizat kanallarından biri hesab olunur. 

Xatırladaq ki, hələ 2023-cü ildə "The Wall Street Journal" qəzeti Şimali Afrika ölkələrinin Rusiya neft məhsullarını aldığını və sonradan Avropa bazarında satıla biləcəyini bildirmişdi.

2024-cü ilin payızında İspaniya mediası yanacaq fırıldaqçılığı sxemi ilə bağlı araşdırma barədə məlumat yaymışdı. Onların məlumatlarına görə, təxminən 2 milyard avro dəyərində dizel yanacağı bu yolla İspaniyaya göndərilə bilərdi.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью