Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26.08.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya hakimiyyəti bütün bazar iştirakçıları üçün benzin ixracına qoyulmuş hazırkı qadağanın müddətini uzadıb.

Oxu.Az-ın Rusiya hökumətinin saytına istinadən verdiyi məlumata görə, bu barədə qərar baş nazirin müavini Aleksandr Novakın sədrliyi ilə daxili neft məhsulları bazarındakı vəziyyətlə bağlı qərargahın iclasında açıqlanıb.

İclasda Novak Energetika Nazirliyinə yanacağın tədarükü və pərakəndə satış qiymətlərinin tarazlığının təmin edilməsi məqsədilə ölkədə neft bazarına nəzarət etməyi tapşırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью