Rusiya Yaponiya gərginliyi artır: Təlim atışları etirazla qarşılandı

04.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya gəmiçilik və vətəndaşların sağlamlığı üçün risklər yaratmış təlim atışları ilə əlaqədar Yaponiyanın Moskvadakı səfirliyinə qəti etirazını bildirib.

Bu barədə Oxu.Az Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadla xəbər verir.

Rusiya XİN-in məlumatına görə, Yaponiyanın patrul katerinin iştirakı ilə mayın 23-də Şiretoko burnundan 18.5 km şimal-şərqdə, açıq dənizdə xarici gəmilərə əvvəlcədən xəbərdarlıq edilmədən atışlar həyata keçirilib:

"Rusiya sərhədlərinin bilavasitə yaxınlığında bu cür məsuliyyətsiz hərəkətlər beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu, mülki gəmiçilik, Rusiya vətəndaşlarının həyatı və sağlamlığı üçün birbaşa risklər yaradır və qəti şəkildə qəbuledilməzdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью