Rusiya Yaponiya səfirliyinə etiraz bildirib

31.10.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rəsmi Moskva Rusiya sərhədləri yaxınlığında keçirilən "Joint Exercise 2025" təlimləri ilə bağlı Yaponiyanın Moskvadakı səfirliyinə sərt etiraz bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Yaponiyanın Rusiyanın Uzaq Şərq sərhədləri yaxınlığında təxribatçı hərbi fəaliyyəti təhlükəsizlik üçün təhdid yaradır.

Qeyd olunub ki, Rusiya Yaponiya-Amerika təlimləri zamanı "Tifon" orta mənzilli raket sisteminin yerləşdirilməsi ilə bağlı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью