​Rusiya yenə buna “yox” deyir Peskov açıqladı

21.10.2026

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya enerji atəşkəsi bağlamağa və Ukraynadakı infrastruktura hücumlarını dayandırmağa hazır deyil. 

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasılnda deyib.

Kremlin sözçüsü Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Ukrayna ilə bağlı danışıqlar başlamazdan əvvəl deyib: "Heç nə dəyişməyib. Bizə atəşkəs yox, sülh lazımdır".

Bir həftə əvvəl Peskov konkret atəşkəs razılaşmalarının olmadığını, lakin "bu istiqamətdə işlərin davam etdiyini" demişdi.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 11 oktyabrda Rusiya və Ukrayna arasında enerji atəşkəsi elan etmişdi. Lakin tərəflər belə bir razılaşmanın mövcudluğunu təsdiqləmədilər. Bir həftə sonra Volodimir Zelenski bildirdi ki, Trampın atəşkəs elan etməsindən bəri Rusiya Ukraynanın enerji və neft-qaz infrastrukturuna 76 dəfə hücum edib. Xüsusilə, Rusiya qüvvələri Kiyevdə və Kiyev vilayətindəki əsas istilik elektrik stansiyalarını hədəf alıb.

Rusiyanın davam edən hücumları fonunda Zelenski Ukrayna ordusunun Rusiyanın neft emalı zavodlarına hücumlarını bərpa edəcəyini açıqladı.

Tramp özü jurnalistlərin Rusiyanın enerji atəşkəsinə əməl etməməsi ilə bağlı suallarını cavablandırarkən, vəziyyətin araşdırılmasının vacibliyini bildirib, çünki "hər iki tərəfdən pozuntular olub".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью