Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AzVision.az Kiyevin meri Vitali Kliçkoya istinadən xəbər verir ki, Rusiyanın endirdiyi zərbələr nəticəsində 7 nəfər yaralanıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib.
Ukrayna paytaxtının Podolsk rayonunda PUA-nın hücumu zamanı üç yaşayış binasında yanğın baş verib, bir neçə həyətdə avtomobillər yanıb, partlayış dalğası bir neçə evin, məktəb və uşaq bağçasının pəncərələrini zədələyib, biznes mərkəzinə ziyan dəyib.
Zelenski Qərbə müraciət edib | VİDEO
POA-nın qalıqları yəhudi sinaqoqunun yanına düşüb. Ukraynanın baş ravvini Moşe Azman “Facebook” sosial şəbəkəsində hücumun nəticələrini əks etdirən video-material yerləşdirib.
Kiyevin Obolonski rayonunda yaşayış binasının pəncərələri zədələnib. Desnyanski rayonunda Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti dronun 24 mərtəbəli yaşayış binasının 21-ci mərtəbəsini vurduğunu, lakin partlamadığını bildirib.
Xatırladaq ki, oktyabrın 22-nə keçən gecə Rusiyanın Ukrayna paytaxtını və digər şəhərlərini uzaqmənzilli silahlardan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla 6 adam ölüb, 17 nəfər isə yaralanıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Ukrayna paytaxtının Podolsk rayonunda PUA-nın hücumu zamanı üç yaşayış binasında yanğın baş verib, bir neçə həyətdə avtomobillər yanıb, partlayış dalğası bir neçə evin, məktəb və uşaq bağçasının pəncərələrini zədələyib, biznes mərkəzinə ziyan dəyib.
Zelenski Qərbə müraciət edib | VİDEO
POA-nın qalıqları yəhudi sinaqoqunun yanına düşüb. Ukraynanın baş ravvini Moşe Azman “Facebook” sosial şəbəkəsində hücumun nəticələrini əks etdirən video-material yerləşdirib. Kiyevin Obolonski rayonunda yaşayış binasının pəncərələri zədələnib. Desnyanski rayonunda Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti dronun 24 mərtəbəli yaşayış binasının 21-ci mərtəbəsini vurduğunu, lakin partlamadığını bildirib.
Xatırladaq ki, oktyabrın 22-nə keçən gecə Rusiyanın Ukrayna paytaxtını və digər şəhərlərini uzaqmənzilli silahlardan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla 6 adam ölüb, 17 nəfər isə yaralanıb.
— Newsfeed (@Newsfeed883920) October 23, 2025
Sahil İsgəndərov
AzVision.az