Rusiya yeni silah HAZIRLAYIR

20.02.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya yeni hipersəs raket sistemləri hazırlayır və yerləşdirir.

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy Rusiya Müdafiə Nazirliyinin "Krasnaya Zvezda" qəzetinə verdiyi müsahibədə bildirib. 

Onun sözlərinə görə, Rusiya, həmçinin yeni və modernləşdirilmiş raket sistemləri, təyyarələr və sualtı qayıqların çatdırılması ilə strateji nüvə qüvvələrini gücləndirir.

"Strateji nüvə qüvvələrinin inkişafına xüsusi diqqət yetirilir. Bu, ölkəmizə qarşı təcavüzün qarşısının alınmasında əsas elementdir. Nüvə triadasının döyüş imkanları yeni və modernləşdirilmiş raket və təyyarə sistemlərinin, eləcə də strateji nüvə sualtı qayıqlarının çatdırılması ilə artırılmağa davam edir", - Rudskoy bildirib.

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью