​Rusiya yenidən G7 yə qəbul edilməlidir Tramp

14.02.2025

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Rusiya yenidən G7-yə qəbul edilməlidir.

Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O bildirib ki, Rusiya Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın daxil olduğu G7-yə yenidən qəbul edilməlidir. Trampın sözlərinə görə, Vladimr Putin də masa arxasında olmalıdır. Tramp, “G8 olsaydı, Ukrayna ilə bu problem yaşanmazdı və mən prezident olsaydım, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi" - deyə bildirib. Rusiyanın Krımı ilhaq etməsindən sonra o zamankı ABŞ Prezidenti Barak Obamanın Rusiyanı G7-dən çıxarmasının səhv olduğunu ifadə edən Tramp, Moskvanın geri qaytarılmasının tərəfdarı olduğunu bəyan edib.

Tramp Putinin də Ukraynada sülhün bərqərar olmasını istədiyini ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью