Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya hərbçiləri Sumıda Ukraynanın "Severski" əməliyyat-taktiki qrupunun komanda qərargahına "İsgəndər" raketləri ilə zərbələr endirib.
"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik hədəfin vurulması nəticəsində 60-dan çox ukraynalı hərbçinin həlak olduğunu bildirib.
Ötən gün Rusiyanın Sumı şəhərinə raket hücumu nəticəsində ölənlərin sayının 32-yə çatdığı bildirilib. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 11-i uşaq olmaqla 99 yaralı var.
Ağarza Elçinoğlu