Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya və Peru yığma komandaları arasında beynəlxalq oyun keçirilib.
Fanat.Az xəbər verir ki, Sankt-Peterburqda baş tutan görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Ruslar 18-ci dəqiqədə Aleksandr Qolovinin qolu ilə hesabda önə keçiblər. Hesab 82-ci dəqiqədə dəyişib. Aleksey Valera Perunun bərabərlik qolunun və matçın yekun nəticəsinin müəllifi olub.
Valeri Karpinin baş məşqçisi olduğu Rusiya yığması noyabrın 15-də Soçidə Çili ilə qarşılaşacaq.