Rusiya yığmasının üzvü ABŞ klubuna keçdi

18.05.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Atalanta”nın və Rusiya yığmasının futbolçusu Aleksey Mirançuk karyerasını ABŞ-də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Atlanta”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rusiyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Mirançuk ötən mövsümdə 42 oyunda 4 qol vurub, 12 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью