Rusiya Zaporojyeni idarə olunan bombalarla vurdu: 13 ölü, 30 yaralı

09.01.2025

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Rusiya ordusunun Ukraynanın Zaporojya vilayətinə hücumu nəticəsində azı 13 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Zaporojye Vilayəti Hərbi İdarə rəisi İvan Fedorov da sosial media hesabında Rusiya ordusunun bölgədə sənaye infrastrukturunu vurduğunu və hücumda yaralanan 30 nəfərin regional xəstəxanaya aparıldığını qeyd edib.

Ukrayna prezidenti Vladimir Zelenski hücumu “dəhşətli terror aktı” adlandırıb. Zelenski bildirib ki, ölənlərin sayı arta bilər.

Hücumdan sonra ilk yardım qrupları ərazidə ilk yardım işlərinə davam edərkən, yanğınsöndürənlər hücum nəticəsində başlayan yanğınları söndürməyə çalışıb.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью