Rusiya Zaporojyeni vurdu: 6 ölü, 9 yaralı

05.11.2024

Bakupost saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 6 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.

O, səhər saat 10 radələrində rusların Zaporojyeni vurduğunu bildirib. Qeyd edib ki, zərbə infrastruktur obyektinə endirilib.

Daha sonra Fedorov qeyd edib ki, hücum nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb. Zərbənin baş verdiyi yerdə yanğın baş verib.

Zaur, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью