Rusiya Zaporojyeni vurdu Ölən var

13.07.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Silahlı Qüvvələri iyulun 13-ü səhər saatlarınadək Ukraynanın Zaporojye vilayətinə 900-dən çox zərbə endirib, nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Bakıvaxtı.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib.

"Ümumilikdə gün ərzində Zaporojye vilayətinin 51 yaşayış məntəqəsinə 932 zərbə endirilib, 13 nəfər, o cümlədən 1 uşaq yaralanıb", - o qeyd edib.

Bundan başqa, infrastruktur obyektlərinə, yaşayış evlərinə, avtomobillərə, təsərrüfat tikililərinə ziyan dəyməsi barədə 42 məlumat daxil olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью