Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya ordusu Ukraynanın Zaporojye şəhərinə idarəolunan aviasiya bombası ilə zərbə endirib, nəticədə biri uşaq olmaqla 18 nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində avtomobillər yanıb, fərdi yaşayış evinə ziyan dəyib.